"Xəyanət təkcə fiziki münasibət deyil. Bu, sədaqət və edilən seçimin dəyərsizləşdirilməsi deməkdir..."
Qadınlar çox şeyi anlaya bilir. Səhvləri bağışlaya, zəifliklərə dözə, çətin zamanlarda yanında qala bilir. Amma elə davranışlar var ki, onlardan sonra içində nəsə qopur. Və qadın sakit görünsə də, münasibət bir daha əvvəlki kimi olmur.
Moderator.az xəbər verir ki, bu barədə "Styler" layihəsi üçün psixoloq Vitali Kursik danışıb.
O, kişilərin çox vaxt fərqinə varmadığı hansı halların etimadı sarsıtdığını, hörməti öldürdüyünü və sevgini mümkünsüz etdiyini izah edib.
Qadın kişi ilə birgə qalsa belə, bağışlamır
Bəzən hər şey - ev, söhbətlər, birgə axşamlar nəzarətdə olduğu kimi görünür. Amma qadın artıq əvvəlki qadın deyil. Baxışlarında istilik qalmayıb, səsi daha soyuqdur. O, susa bilər, amma içində çoxdan qərar verib.
"Dəyişikliklər səssiz baş verir. Birdən olmur. Amma qadın artıq dəyər və yaxınlıq hiss etmirsə, geri dönüş demək olar ki, olmur", - ekspert qeyd edir.
Hətta güclü hissləri belə öldürə bilən davranışlar hansılardır?
- Onun hisslərinə soyuqluq
Ona pis olanda kişi "isterikaya düşməkdə" deyə qınayırsa. O, anlayış gözləyəndə "özün günahkarsan" cavabını alırsa. Bu, fikir ayrılığı deyil, bu, dayaq olmalı biri ilə yan-yana olsa da, tək qalmaq hissidir.
İstənilən formada xəyanət
Xəyanət təkcə fiziki münasibət deyil. Bu, sədaqət və edilən seçimin dəyərsizləşdirilməsi deməkdir. Qadın ayrılmasa belə, yara onunla qalır. Üstəlik, emosional xəyanət də az zərərli deyil, çünki artıq ruhən yaxınlıq başqasında axtarılır.
- Kobudluq və alçaltma
Xüsusilə bu, ictimaiyyət qarşısında və "zarafatla" edilirsə. Sakazm, yuxarıdan baxmaq, sərtlik - bunlar hörməti məhv edir. Qadın yanında yaşamağa davam edə bilər, amma sevgi yavaş-yavaş ölür.
- Onun dünyasının dəyərdən salınması
Əgər onun hobbiləri məsxərəyə qoyulursa, arzuları "mənasız" sayılırsa, istəkləri nəzərə alınmırsa, qadın yanında müttəfiq olmadığını hiss edir. Aralarındakı məsafə isə getdikcə artır.
- Cavabdehlikdən yayınmaq
Kişi problemlərdən qaçırsa, ən çox lazım olduğu anda yoxa çıxırsa, hər şeyi qadının üzərinə atırsa, qadın etibarlılıq hissini itirir. Bu hiss olmadan isə təhlükəsizlik yoxdur.
- Manipulyasiya və yalan
Hətta "yaxşı niyyətlə" olsa belə, qadın saxtalığı dərhal hiss edir və bir yalan şübhələr silsiləsini işə salır. Şəffaflığın olmadığı yerdə inam da olmur.
- Laqeydlik
Dinləmək, danışmaq, yanında olmaq istəyinin olmaması yorğunluq və məşğulluqla gizlədilə bilməz. Qadın bu soyuqluğu dərhal anlayır. Və bir gün qərar verir: artıq diqqət istəməyəcək.
- İkilikdə tək qalmaq hissi
Bütün qayğılar, qərarlar, təşəbbüslər qadının üzərindədirsə,yanında tərəfdaş yox, yük var deməkdir. Qadın iki nəfər üçün güclü olmaqdan yorulur. Ümid etməyi dayandırır və sadəcə gedir.
Münasibətləri bərpa etmək olarmı?
Bəzən olar, mma çox vaxt mümkün olmur. Çünki qadının "hər şey yaxşıdır" deməsi sadəcə bir şeyi göstərir: o artıq içində nöqtəni qoyub.
"Zərif münasibət səs-küylü jestlərə deyil, sadə, gündəlik hörmətə əsaslanır. Dürüstlük, diqqət və yalnız bədənlə deyil, ruhla da yanında ola bilməyə əsaslanır", - deyə Vitali Kursik deyib.