Bakı. Trend:
Almaniyanın kansleri vəzifələrini icra edən Olaf Şolts qatısağçı “Almaniya üçün Alternativ (AA) partiyasının tez bir zamandaləğv olunmasına qarşı çıxıb.
Trend ölkəninyerli KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə Yevangelikkilsənin Hannoverdə keçirilən konfransı çərçivəsində çıxışındadanışıb.
“Mən tələsik qərarların əleyhdarıyam. Biz əvvəl bütün aspektləriyaxşıca təhlil etməliyik”, - deyə siyasətçi bildirib.
Onun sözlərinə görə, Almaniya əks-kəşfiyyatı AA-nın ekstrimistpartiya hesab olunması üçün kifayət qədər əsaslar təqim etsə də,partiyanın fəaliyyətinin qadağan edilməsi prosesi hərtərəflitəhlildən sonra gerçəkləşdirilməlidir.