ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ideyasını hazırda arxa plana keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski RİA Novosti-yə açıqlamasında bildirib.
“Bəli, düşünürəm ki, onlar bu sanksiya alətini hələlik ikinci plana atıblar. Amma bunun səbəbi sanksiya üçün əsas tapmağın çətinliyi ilə bağlıdır”, – deyə Polyanski vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Dövlət Departamenti bəyan etmişdi ki, Vaşinqton Rusiyaya qarşı mövcud sanksiyaları ləğv etmir və yeni sanksiyaların tətbiqi imkanlarını özündə saxlayır.
Aynurə İsmayıl
KONKRET.az