AZ

"Amerikanın səsi" radiosunun yayımı bərap olunur

BAKI, 3 may. TELEQRAF

“Amerikanın səsi” radiostansiyasının əməkdaşları gələn həftə işə qayıda biləcəklər.

Teleqraf xəbər verir ki, bu barədə "Washington Post" qəzeti ABŞ Ədliyyə Nazirliyinin məktubuna istinadən məlumat yayıb.

“Ədliyyə Departamentinin elektron poçtuna əsasən, "Amerikanın səsi"nin əməkdaşları rəsmi olaraq işə qayıda bilərlər”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, qayıdış təhlükəsizlik, binada yer və avadanlıqla bağlı problemlərə görə mərhələli həyata keçiriləcək.

Xatırladaq ki, martın 15-də "Amerikanın səsi"nin əməkdaşlarının məcburi məzuniyyətə göndərildiyi məlum olub. Buna səbəb ABŞ Prezidenti Donald Trampın bir sıra departamentlərin, o cümlədən Qlobal Media Agentliyinin (USAGM) funksiyalarının azaldılması ilə bağlı fərmanı olub. Amerika radiostansiyasının əməkdaşlarına Ağ Ev də daxil olmaqla dövlət qurumlarına da giriş qadağan edilib.

Seçilən
0
teleqraf.com

1Mənbələr