AZ

Özbəkistan boksçuları Bakıdadırlar

Özbəkistanın yeniyetmə boksçuları Bakıdadırlar.

Fanat.Az xəbər verir ki, Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası ölkəmizdə təlim-məşq toplanışına qatılacaq.

Özbəklər Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcək. Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq.

Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

“Heydər Əliyev kuboku-2025” mayın 16-21-də keçiriləcək.

Seçilən
0
fanat.az

1Mənbələr