AZ

Özbəkistan boksçuları Bakıda

Özbəkistanın yeniyetmə boksçuları Bakıya gəlib.
 
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası təlim-məşq toplanışına qatılacaq.
 
Qonaq komanda Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcək. Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq.
 
Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
 
Qeyd edək ki, tur 16 - 21 mayda təşkil olunacaq.
Seçilən
0
8
moderator.az

10Mənbələr