Norveçin ən varlı insanlarından biri olan Viqner Lindal Olaysen Polşada baş vermiş qəzada həlak olub. Onun avtomobili ağaca çırpılıb.
Avtosfer.az RMF FM-ə istinadən xəbər verir ki, hadisənin səbəbi hələ müəyyən edilməyib.
Yüksək sürətlə hərəkət edən "Jaguar" markalı avtomobil Qora Kalvariya və Kolbel yaşayış məntəqələri arasında ağaca çırpılıb. Polşanın hüquq-mühafizə orqanları iki nəfərin həlak olduğunu bildirib, lakin onların adları açıqlanmayıb.
42 yaşlı Olaysen "Nova Sea" adlı qızılbalıq yetişdirilməsi və emalı şirkətinin həmtəsisçisi idi. 2025-ci ilin əvvəlində o, şirkətdəki payını Norveçin ən böyük qızılbalıq istehsalçısı "Mowi" konserninə satıb. Biznesmen bu müqavilədən təxminən 750 milyon dollar qazanıb.