“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem məşq zamanı zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu La Liqanın XXXIV turunda qarşılaşacaqları “Selta” ilə oyunu buraxa bilər.
İngiltərəli futbolçu cari mövsüm “Kral klubu”nun heyətində bütün turnirlərdə 47 matçda 13 qol vurub və eyni sayıda məhdular ötürmə edib.
“Real” – “Selta” görüşü sabah saat 16:00-da başlayacaq.