AZ

ABŞ-yə səfərini yarımçıq qoyan Vuçiç Hərbi Tibb Akademiyasına gəlib

Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ-yə rəsmi səfərini yarıda dayandıraraq ölkəsinə qayıdıb və Belqraddakı Hərbi Tibb Akademiyasına gəlib...

“Report” xəbər verir ki, bu barədə “Serbiya Radio və Televiziyası” (RTS) məlumat yayıb.

"Hərbi Tibb Akademiyasında prezidenti səhiyyə naziri Zlatibor Lonçar və doktor Draqan Dinçiç qarşılayıblar", - məlumatda bildirilib.

Xəbər verildiyi kimi, Vuçiç özünü pis hiss etdiyi üçün ABŞ-yə səfərini yarımçıq qoyub. O, həkimlərlə məsləhətləşərək Belqrada qayıtmaq qərarına gəlib.

Poliqon.info 

Seçilən
0
4
poliqon.info

5Mənbələr