AZ

Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir


Pahalqamdakı (Cammu və Kəşmir) terror aktından 11 gündən artıq vaxt keçib, lakin “48, 72, 96 saat ərzində” Hindistan-Pakistan müharibəsinin başlaması ilə bağlı ssenarilər sadəcə bəyanat olaraq qalır. Yada salaq ki,ilk öncə hindli generallar “müharibənin qaçılmaz olması”ndan danışdılar, sonra isə pakistanlı həmkarları bu mövzunu təkrarladılar. Lakin hələlik hər iki nüvə dövləti genişmiqyaslı hərbi əməliyyatlardan çəkinir, yüksək səs-küylü bəyanatlar və iqtisadi tədbirlərlə kifayətlənirlər. Yeni Dehli tərəfindən son vaxtlar görülən tədbirlərdən biri də Pakistan idxalına tam qadağa, eləcə də Pakistan bayrağı altında üzən gəmilərin Hindistan limanlarına daxil olmasına qadağa qoyulmasıdır. Baxmayaraq ki, hər iki ölkə həm Ümumdünya Ticarət Təşkilatının,həm dəŞanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Hindistan mediası bildirir ki, qadağa “Pakistan iqtisadiyyatına əhəmiyyətli zərbə vuracaq”.

Ancaq İslamabadın eyni şəkildə cavab verə biləcəyinə və bunun Hindistanın öz iqtisadiyyatı üçün əhəmiyyətli itkilərə səbəb olacağı haqda susmağa üstünlük verirlər. Bu arada Karnatakanın mənzil və sosial rifah naziri Zamir Əhməd Xan təxribat xarakterli bəyanatla çıxış edib. Belə ki, nazir bəyan edib ki, "Pakistan həmişə Hindistanın düşməni olub, düşmənlərlə isə mübarizə aparılmalıdır". Bununla da kifayətlənməyənnazir "Pahalgam hücumuna görə Pakistandan qisas almaq" üçün bir terrorçu kamikadze kimi öz xidmətlərini təklif etməkdən belə çəkinməyib. Zamir Əhməd Xan deyib: “Baş nazir Narendra Modi və daxili işlər naziri Amit Şah icazə versələr,mən Pakistana kamikadze kimi getməyə və orda terror aktı törətməyə,vətən üçün canımı verməyə hazıram. Maraqlıdır ki, nazir qiyafəsində olan,terrorçu xislətli nazirin bu sözləri ətrafdakıların gülüşünə səbəb olsa da, özündən razı “nazir” “zarafat etmədiyini” bildirərək dediklərini bir daha təkrarlayıb. Və yuxarıda adı çəkilən Hindistanın daxili işlər naziri Amit Şah da terrorçu xislətiylə qürrələnən nazirdən fərqlənməyərək bütün Hindistan ştatlarının səlahiyyətlilərini “pakistanlıları qovmağa” çağırıb.Bir ölkənin nazirinin terrorçu olmasıyla fəxr etməsi,daxili işlər nazirinində ondan heç də geri qalmaması bir daha kimin kim olmasını,kimin terrorçu,kimin qurban olmasını gözlər önünə sərir.

Xatırladaq ki, Hindistan Pakistanı Cammu və Kəşmir ştatında terror aktına görə məsuliyyəti öz üzərinə götürən qrupun “qərargahı”nın yerləşdiyi yer olmaqda ittiham edir. Rəsmi İslamabad isə cavab veribki, onun bununla heç bir əlaqəsi yoxdur. Və əlavə edibki, məsələn, Hindistanın özününkü saydığı sözügedən dövlətin ərazisində terrorçuların “yuvaları” varsa, bu o deməkdirmi ki, Hindistan terrorizmin sponsoru kimi təsnif olunmalı və ona qarşı müharibə elan edilməlidir? Tamamilə aydındır ki, ancaq birgə antiterror əməliyyatı bu böhrandan çıxış yolu ola bilər. Amma hələlik hər iki tərəf bu ideyanı rədd edir, qarşıdurma ritorikasına və qarşılıqlı sanksiyalara üstünlük verir.Çünki Hindistanda terrorçu olmağa can atan,terrorçu olmaqla fəxr edən nazir və ya nazirlər var.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr