AZ

"Real"la vidalaşmam fantastik olacaq" -Karlo Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yaxın vaxtlarda "Kral klubu"ndan gedəcəyi ilə bağlı yayılan məlumatlara növbəti dəfə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, 65 yaşlı italiyalı mətbuat konfransında belə danışıb:

"Nə baş verəcəyini deyə bilmərəm. Amma mənim klubun idarəçiləri ilə heç vaxt problemim olmayıb və heç vaxt onlarla mübahisə etməyəcəm. "Real"la vidalaşmam fantastik olacaq. Bunun 2025, 2026 və ya 2030-cu ildə baş verməsində asılı olmayaraq... Çünki mən klubu sevirəm, klub da məni".

Qeyd edək ki, Ançelottinin "Real"la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

Nihat

 

 

 

Seçilən
0
fanat.az

1Mənbələr