AZ

Sonsuzluqdan əziyyət çəkənlərin sayı ARTDI – RƏSMİ

Sonsuzluqdan əziyyət çəkən ailələr, cütlüklər çoxaldıqca, süni mayalanma yöntəmi ilə övlad sahibi olmaq istəyənlərin sayı getdikcə artır.

Hər il bu rəqəm ötən ilkini üstələyir. Elə rəsmi rəqəmlər də bunu təsdiqləyir:

Dövlət Statistika Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci ildə sonsuzluq diaqnozu qoyulan qadınların sayı 1688 nəfər, 2023-cü ildə isə 2026 nəfər olub.

Qeyd edək ki, 2021-ci ildə bu rəqəm 2072 nəfər, 2020-ci ildə isə 2088 nəfər olub. 

2021-ci ildə 2515 nəfərdən 18-29 yaş arası 102 nəfər kişi, 759 qadın, 30 yaşdan yuxarı isə 341 kişi, 1313 qadın sonsuzluqdan əziyyət çəkmiş kimi qeydiyyata alınıb. 2020-ci ildə isə 2885 nəfərdən 18-29 yaş arasında 117 kişi, 798 qadın, 30 yaşdan 680 kişi, 1290 qadın sonsuzluqdan əziyyət çəkib. 

Yeri gəlmişkən onu da deyək ki, rəqəmlər sonsuzluqdan əziyyət çəkənlər arasında qadınların üstünlük təşkil etdiyini göstərir.

Rəna Cumaqızı, Bizim.Media 

Seçilən
0
bizim.media

1Mənbələr