AZ

"WhatsApp Web" üzərindən səsli və görüntülü zəng etmək mümkün olacaq

"WhatsApp" tezliklə veb brauzer vasitəsilə səsli və görüntülü zəng funksiyasını istifadəyə verəcək. 

Valyuta.az xəbər verir ki, indiyə qədər bu funksiyalar yalnız mobil telefonlarda və masaüstü tətbiqlərdə - Windows və Mac mövcud idi. Veb versiyada isə yalnız yazışma və fayl göndərmək mümkün idi.

Yeni funksiyanın sayəsində istifadəçilər heç bir əlavə proqram yükləmədən, birbaşa "Chrome", "Safari", "Edge" kimi brauzerlər üzərindən zəng edə biləcəklər. Bu, həm fərdi, həm də qrup söhbətlərində işləyəcək və zəng düyməsi söhbət pəncərəsinin yuxarı hissəsində yerləşəcək.

Yeniliyin məqsədi "WhatsApp"ın bütün platformalarda (mobil, masaüstü və veb) eyni imkanları təqdim etməsidir. Bu da istifadəçilərə cihaz dəyişdirmədən daha rahat ünsiyyət imkanı verəcək. Hazırda bu funksiya hələlik sınaq mərhələsindədir və yaxın zamanda istifadəyə veriləcək.

Sərvanə Rəmixanova

Seçilən
0
valyuta.az

1Mənbələr