AZ

Xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımlar azaldı

BAKI, 3 may. TELEQRAF

Azərbaycanda bu ilin birinci rübündə xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımların həcmi 975 min manat olub.

Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankınının açıqladığı statistikaya görə, bu, 2024-cü ilin uyğun dövrü ilə müqayisədə 8 min manat və ya 0,8 faiz azdır.

2024-cü ilin eyni dövründə bu göstərici 983 min manat olub.

Hesabat dövründə bu sığorta növü üzrə ödənişlər də azalıb. Belə ki, bu ilin birinci rübündə ödənişlər 10 min manat azalaraq 70 min manat olub.

Xarici ölkələrə səfər edən şəxslərin sığortası – xarici ölkənin ərazisində sığorta hadisəsi baş verdikdə sığortalanan vətəndaşa ziyanın ödənilməsini nəzərdə tutan, səyahət edən şəxslərin könüllü sığortası növüdür.

Seçilən
0
teleqraf.com

1Mənbələr