Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın İkinci Dünya müharibəsində qələbəyə əsas töhfə verənin Birləşmiş Ştatlar olması barədə sözlərini iddialı cəfəngiyyat adlandırıb.
Publika.az xəbər verir ki, Medvedev bu baradə "VKontakte" səhifəsində yazıb.
"Bayram pis şey deyil. Və ilk qənaətə görə, bu, iddialı cəfəngiyatdır", - deyə Medvedev qeyd edib.
Rusiyalı siyasətçi Trampa Berlini kimin ələ keçirdiyini, nankor Avropanı kimin azad etdiyini xatırlamağı məsləhət görüb.
“Qələbə günü bizimdir və 9 Maydır! O belə olub və həmişə belə olacaq!" - Medvedev fikrini yekunlaşdırıb.