AZ

"Arsenal" "Atalanta"nın hücumçusu uğrunda mübarizəyə qoşulub

 "Atalanta"nın  hücumçusu Ademola Lukman karyerasını "Arsenal"da davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, London klubu nigeriyalı futbolçunu yay transfer pəncərəsi üçün qısa siyahıya daxil edib.

27 yaşlı futbolçu ilə daha bir neçə komanda da maraqlanır.

Lukman gələn yay "Atalanta"nı tərk etmək niyyətindədir.

Lukman bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 18 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 60 milyon avrodur.

Seçilən
0
90deqiqe.az

1Mənbələr