AZ

"Real" Mendini onunla əvəzləyəcək

 "Milan"ın sol cinah müdafiəçisi Teo Hernandes yenidən "Real Madrid"də çıxış edə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "AS" nəşri məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, fransalı futbolçu "Los Blancos"un bütün tələblərinə cavab verir.

27 yaşlı futbolçu, İspaniya çempionatına asanlıqla uyğunlaşan təcrübəli oyunçudur. Tərəflər arasında artıq ilkin danışıqlara da başlanılıb.

Onun "Milan"la müqaviləsi 2026-cı ilin yayında başa çatır və bu, onu münasib qiymətə transfer etmək imkanı yaradır.

Teo Hernandes "Atletiko Madrid" akademiyasının yetirməsidir. 2017-2019-cu illərdə o, "Real Madrid"də çıxış edib.

Bu mövsüm müdafiəçi bütün turnirlərdə 46 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. Hernandezin klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.

Seçilən
0
90deqiqe.az

1Mənbələr