Fransa paytaxtının təmsilçisi “Paris” klubu 46 illik həsərətinə son qoyaraq, növbəti mövsümdə Fransa Liqa 1-də çıxış etmək hüququ qazanıb.
Arena.az məlumat verir ki, Fransa Liqa 2-nin 33-cü turunda “Martiq”lə səfər oyununda 1:1 hesablı heç-heçə bu komandaya illərin həsrətinə son qoymaq üçün kifayət edib.
Yarışın sonuna 1 tur qalmış “Paris” 33 oyundan 66 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 68 xalla zirvədə qərarlaşmış lider “Loryan” isə Fransa Liqa 1-ə vəsiqəsini daha əvvəl təmin etmişdi. Sonuncu tur “Paris” və “Loryan” üçün yalnız liqanın çempionıuğunu qazanmaq baxımından vacib əhəmiyyət kəsb edəcək.
Sonuncu dəfə “Paris” Fransa çempionatında 1978/1979-cu illər mövsümndə çıxış edib.
Əlavə edək ki, 1989/1990-cı illər mövsümündən bəri ilk dəfə olaraq, Fransa yüksək divizionunda ölkə paytaxtı iki klubla təmsil olunacaq – “Pari Sen-Jermen” və “Paris”.