BAKI, 3 may. TELEQRAF
Ukrayna ərazisindən “Storm Shadow” və “Neptun” raketlərindən istifadə etməklə Krımın infrastrukturuna raket zərbəsi endirməyə cəhd edilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün rəsmi teleqram kanalında məlumat yayıb.
“Bu gecə Ukrayna ərazisindən Böyük Britaniya istehsalı olan səkkiz “Storm Shadow” qanadlı raketi və üç “Neptun” gəmi əleyhinə raketindən istifadə etməklə Krım yarımadasının infrastrukturuna raket zərbəsi endirməyə cəhd edilib ”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, döyüş zamanı bütün raketlər dəf edilib və hücum nəticəsində itki yoxdur.