AZ

Xavi Səudiyyə Ərəbistanı çempionuna rəhbərlik edə bilər

"Barselona"nın keçmiş baş məşqçisi Xavi Hernandes Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun yeni baş məşqçisi ola bilər.

90deqiqe.Az-ın məlumatına görə, ispan çalışdırıcı cari mövsüm başa çatdıqdan sonra “Əl-Hilal”ı çalışdıra bilər. Artıq tərəflər arasında danışıqlara başlanılıb.

Qeyd edək ki, Səudiyyə klubu bu gün baş məşqçisi Xorxe Jesus ilə əmək müqaviləsinə xitam verib.

29 turdan sonra "Əl-Hilal" Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 62 xalla ikinci pillədə qərarlaşıb. Liderlə fərq səkkiz xaldır. Növbəti mərhələdə “Əl-Hilal” səfərdə “Əl-Raed”lə qarşılaşacaq.

Seçilən
0
90deqiqe.az

1Mənbələr