AZ

Gəliri toxuculuqdan çıxan görmə imkanı məhdud şəxs: "Ən çox görmək istədiyim körpə qızımdır" - VİDEO

"Beş yaşımdan işıqlı dünyanı görə bilmirəm. Buna baxmayaraq, qaranlıq dünyama rəng qatıb, ipdən əl işləri toxuyuram".
 
Bunu Baku TV-yə açıqlamasında gəliri toxuculuqdan çıxan görmə imkanı məhdud şəxs Elçin Abbasov söyləyib.
 
Əl işlərini 2015-ci ildən toxuyaraq satmağa başladığını qeyd edən sənətkar halal pul qazanmağı özünə şərəf bildiyini vurğulayıb:
 
"İnsanlar xeyirxahlıq edib oturduğum yerə pul qoyurlar. Mən də kobud görünsə də, həmin pulu yerə atıram. Çünki sədəqə yığmıram. Pul dilənsəydim, villam olardı. Yeganə arzum, ən çox istədiyim körpə qızımı görməkdir".
 
Ətraflı süjetdə:

 

 
Seçilən
0
2
moderator.az

3Mənbələr