AZ

Kürdəmirdə ağır QƏZA – Xəsarət alan VAR – FOTO

Kürdəmir rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Pirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2106” markalı avtomobilin sürücüsü rayon istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildəki sərnişin Pirli kənd sakini 1996-cı il təvəllüdlü Qəniyev Sübhan Qəni oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.













Bizim.Media, Aran bürosu

Seçilən
0
bizim.media

1Mənbələr