Ermənistanda məcburi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılması təklif edilib.
Oxu.az "Joğovurd" nəşrinə istinadən xəbər verir ki, müvafiq qanunvericilik təşəbbüsü ilə hakim Vətəndaş Sazişi Partiyasından olan deputat Hayk Sarkisyan çıxış edib.
Hərbi xidmət üçün yaş həddinin artırılması ilə yanaşı, vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) rüsum müəyyən edilməsi təklif edilir. Hesab olunur ki, bu məbləğ hərbi xidmətdən yayınmaq istəyən şəxslərə maneə yaradacaq.
Təşəbbüsün məqsədi çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından çıxma hallarının qarşısını almaqdır.