Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla bağlı məsələyə aydınlıq gətirib.
Teleqraf xəbər verir ki, Ziyafət Əsgərov açıqlamasında vaxtilə Məhəmməd Pənahovla bir binada yaşaması, onun səs-küy salmasına görə atası Məzahir Pənahova şikayət etməsi ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
Qeyd edək ki, bu məsələnin mediada yayılması ilk dəfə deyil. Hələ 2017-ci ildə xəbər saytlarında bu barədə məlumat dərc edilib. 2020-ci ildə eyni məzmunlu xəbər yenidən gündəmə gəlib. Amma Ziyafət Əsgərov heç vaxt bunu təkzib etməyib.