"ABŞ prezidenti Rusiyaya qarşı irəli sürülmüş sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləyəcəkmi?.."
ABŞ prezidenti Donald Tramp 1 mayin 1-də milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsu vəzifəsindən azad edib. Tramp getdikcə anlayır ki, sülh sazişi imzalamaq arzularının qarşısındakı əsas maneə Kiyevdə deyil, Kremldə yerləşir.
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Nəşr qeyd edir ki, Trampın Ukrayna müharibəsinə tez bir zamanda son qoymaq istəyi puça çıxıb, lakin onun siyasətində əsaslı dəyişiklik ondan ibarətdir ki, nəhayət, o, Rusiya lideri Vladimir Putinin onun səylərini pozmaqda əsas məsuliyyət daşıdığını anlayır.
Nəşrin fikrincə, Mayk Uoltsun milli təhlükəsizlik üzrə müşavir vəzifəsindən qəfil uzaqlaşdırılması da bu yeni siyasi istiqamətə uyğunluq kimi yozula bilər, baxmayaraq ki, Uolts da Rusiya məsələsində "şahin" mövqeyinə sahib olub.
"Mühafizəkar elektoratın etibar etmədiyi bir "şahindən" imtina Trampa kursu dəyişmək və nə qədər paradoksal olsa da, keçmiş milli təhlükəsizlik müşavirinin tövsiyə etdiyi siyasətə keçmək üçün lazım olan "örtüyü" verə bilər", - məqalədə qeyd olunur.
"The Telegraph" yazır: " Tramp getdikcə anlayır Ukraynadakı müharibəyə son qoyacaq yekun sazişin qarşısındakı əngəl Kiyevdə deyil, məhz Kremldədir. İndi isə, nəşrin qeyd etdiyi kimi, iki əsas sınaq ABŞ siyasətinin doğrudan da dəyişib-dəyişmədiyini və Putinin Trampı özündən uzaqlaşdırıb-uzaqlaşdırmadığını göstərəcək.
Birincisi, bu həftə Ukraynaya silah tədarükündən sonra əlavə yardım paketləri göndəriləcəkmi? İkincisi, Tramp senator Lindsi Qrem tərəfindən Rusiyaya qarşı irəli sürülmüş sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləyəcəkmi?
Uolts qalmaqalı
Mart ayında Mayk Uolts böyük qalmaqalın mərkəzinə düşüb. O, Ağ Ev rəhbərliyinin yüksək vəzifəli şəxsləri üçün "Signal" messencerində qrup çat yaradıb. Bu çatda husilərə qarşı zərbələr müzakirə olunub.
Təsadüfən çat iştirakçıları sırasına "The Atlantic" jurnalının baş redaktoru Ceffri Qoldberq də əlavə edilib. Ümumilikdə 18 nəfərin olduğu çatda Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts da iştirak edib. Mayın 1-də Tramp Uoltsu vəzifəsindən azad edib və onu ABŞ-ın BMT-dəki növbəti səfiri vəzifəsinə namizəd kimi irəli sürüb.
Bundan öncə "Reuters" agentliyi xəbər verir ki, ABŞ Rusiyaya qarşı bank və enerji sektorlarını əhatə edən yeni sanksiyalar hazırlayıb ki, Moskvanı Ukraynadakı müharibənin tənzimlənməsi ilə bağlı məsələdə təzyiq altına salsın.