AZ

2000-nə yaxın abituriyent AzMİU-da: Məktəblilər üçün “Açıq qapı” günü keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)“Açıq qapı” günü təşkil olunub. Tədbirin əsas məqsədi AzMİU-yamaraq göstərən abituriyentləri universitetin tədris mühiti,ixtisasları, elmi və texniki bazası barədə ətraflıməlumatlandırmaq, onların peşə seçimi prosesinə dəstəkgöstərməkdir.

“Açıq qapı” günü çərçivəsində Bakı şəhərinin müxtəlif ümumtəhsilməktəblərindən 2000-ə yaxın şagird və onların valideynləriuniversitetin qonağı olub. Geniş təhsil sərgisi formatında təşkilolunan tədbirdə AzMİU-nun bütün fakültələri və kafedraları, şöbə vəmərkəzləri təmsil olunub. Stendlər vasitəsilə təqdim olunanməlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təhsil sərgisinin açılışında çıxış edən AzMİU-nun rektoruprofessor Gülçöhrə Məmmədova məktəbliləri salamlayıb vəuniversitetdə yaradılan müasir təhsil imkanlarından, qabaqcılixtisaslardan, professor-müəllim heyətindən, tələbəyönümlütədrisdən danışıb.

Sərgidə təhsil ekspertləri də iştirak ediblər və AzMİU-dayaradılan ali təhsil mühiti ilə tanış olublar. Onlar şagirdlərəixtisas seçimi, qəbul prosesi, qəbul prosesinə hazırlıqla bağlımüxtəlif tövsiyələr verib, abituriyetləri maraqlandıran suallarətrafında geniş müzakirələr aparıblar.

Sərgi proqramından sonra abituriyentlər və onların valideynləritədris korpuslarını ziyarət edərək fakültə və kafedralarınfəaliyyəti, tədris prosesi, infrastruktur və maddi-texniki baza ilətanış olublar. Ekskursiya zamanı abituriyentlər və valideynlərbirbaşa fakültə və kafedra rəhbərləri ilə görüşüb, ixtisaslar üzrəmövcud imkanlar, tədris proqramları, tələbələr üçün yaradılanşərait, eləcə də universitetin məzunlarının əmək bazarında uğurlumövqeyi barədə ətraflı məlumat alıblar. Qonaqlar universitetintəhsil mühitini yüksək qiymətləndirərək gələcəkdə bu elm ocağındatəhsil almağın onlar üçün perspektivli və dəyərli bir seçimolacağını qeyd ediblər.

2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
2000-nə
Məqalədə:
Seçilən
0
2
az.trend.az

3Mənbələr