AZ

"Qarabağ"ın oyununun biletləri satışda

Misli premyer-liqasının 33-cü turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” qarşılaşmasının biletləri sabah saat 12.00-dan etibarən onlayn şəkildə satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VİP biletlər isə 15 manat təşkil edir.

Biletlər sabahdan iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azərsun Arena”nın kassasında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" qarşılaşması sabah saat 18.00-da "Azərsun Arena"da baş tutacaq.

Seçilən
0
4
football-plus.az

8Mənbələr