AZ

"Qarabağ"ın oyununun biletləri satışda

Premyer Liqanın 33-cü turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununun biletləri satışdadır.

Fanat.Az xəbər verir ki, biletlər saat 12:00-dan etibarən onlayn şəkildə satışa çıxarılıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.

Sabah keçiriləcək bu oyun saat 18:00-da başlayacaq. Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Seçilən
0
4
fanat.az

8Mənbələr