32-ci turun “Kəpəz” - “Zirə” oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Azər Bağırov həmin xəbərlərə belə münasibət bildirib:
“Bu gün vəzifəmi yerinə yetirməyə çalışıram. Bu məsələyə mən baxmıram. Güclə sevgi olmur”.
Görəsən, “Xəmsə” bu durumu necə qiymətləndirir? “Kəpəz” elitada qalarsa, Azər Bağırov komandada qalmalıdımı? Bu sualları “Xəmsə” azarkeş qrupunun idarə heyətinin üzvü Aqşin Əsgərova ünvanladıq:
“Belə məlumatların dövriyyəyə necə buraxıldığını təxminən bilirik. Azər Bağırov belə bir ifadə işlədib. Amma biz də ildə bir dəfə məşqçi dəyişikliyindən bezmişik. Fikrimizcə, komandanın ağır durumunda köməyini əsirgəməyən məşqçiyə normal şəraitdə şans verilməlidi. Bu ən azı etik cəhətdən doğru sayılar. Digər tərəfdən, azərbaycanlı məşqçi amili var. Şərait olduğu təqdirdə yerli məşqçilərimizdən nəticə gözləməliyik”.
ƏSƏD SEYİDOV