AZ

Rəna Nəsirova-Mustafayeva: Hazırda bütün İçərişəhər xalçalarla bəzədilib

Bakı, 3 may, AZƏRTAC

Ölkəmizdə keçirilən Beynəlxalq Xalça Festivalında 10-dan çox ölkə təmsil olunur. Qoşa Qala qapısının önündə hər bir ölkə öz pavilyonu ilə təmsil olunur. Hər pavilyonda həmin ölkəyə məxsus müxtəlif xalça nümunələri sərgilənir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva deyib.

Onun sözlərinə görə tədbir çərçivəsində müxtəlif qalereyalarda xalça sənətini əks etdirən əsərlər nümayiş olunur: “Hazırda bütün İçərişəhər xalçalarla bəzədilib və avtomobillərin hərəkəti dayandırılıb. Xalça bizim milli-mənəvi dəyərlərimizi əks etdirir. Qız qalası qarşısında ölkəmizin 14 regionundan gəlmiş xanımlar xalça toxuculuğu nümunələri üzərində çalışırlar. Uşaqlar üçün müxtəlif ustad dərsləri keçirilir. Festival mayın 3-dək davam edəcək”.

Seçilən
0
azertag.az

1Mənbələr