Məhəllədəki marketə düşdüm o gün. Amma bildiyiniz məhəllə marketi, yəni dədə-babadan tezbazar qaçıb alış-veriş etdiyimiz yer deyil.
“Araz” Marketlər Şəbəkəsinin bir kiçik filialıdı: “SparTac Yasamal”. Hamı bilir, böyük marketlərin məhəllələrdə, evlərin, binaların arasında, ara küçələrdə də belə balaca yerləri var. “Balaca” deyəndə ki, elə balaca da deyil, içində hər şey var.
Yeməyimiz bol, içməyimiz bol
Ümimiyyətlə, ölkələrin ərzaq təhlükəsizliyi müzakirə olunarkən 3 istiqamət əsas götürülür:
Kəndin dadı marketdə
Şəbəkələşmiş marketlərin ərzaq təhlükəsizliyinin təminatı baxımından uğurlu siyasətə malik olduğunu biz COVİD-19 pandemiyası dövründə daha yaxşı gördük. Pandemiyanın ilk ayını çıxmaq şərtilə, qalan bütün qapalı müddət ərzində şəbəkə marketləri inadla satış bazarını və ərzaq tədarükünü sabit tutdu və fasiləsiz ərzaq satışının stabilliyini qoruyub saxladı. Məhz bu dövrdə ərzağın ünvanlara çatdırılması fəaliyyəti aktivləşdi və indi də marketdən ərzaq sifarişi aktuallığını qoruyub saxlayır.
Şəbəkə marketlərinin qlobal iqtisadi böhranlara dözümlü olmasını şərtləndirən amillərdən biri də kənd təsərrüfatı və aqrar sahəyə inteqrasiyalı şəkildə iş qurmasıdı. Kəndin dadını şəhərə daşımaq bütün ərzaq tədarükçüləri üçün prioritet olsa da, bu, elə də asan məsələ deyil. Kənd məhsulları əlavə qatqılarsız olduğu üçün saxlanma qaydalarına sərt şəkildə əməl olunmasını vacib edir.
Ekspertimiz Vüsal Rəhimovun sözlərinə görə, pərakəndə satış müəssisələrindən fərqli olaraq, şəbəkə marketlərində müvafiq anbarların və saxlanma yerlərinin mövcudluğu onlara kəndin dadını şəhərdə sabit saxlamağa imkan verir: “Söhbət təkcə məhsulun çatdırılması deyil, həmçinin, sanitar-gigiyenik qaydalara uygun olaraq saxlanması və beləliklə qida təhlükəsizliyinin təmin olunmasından gedir. Eyni zamanda, kənd istehsalçısının da iqtisadi marağı qorunur, çünki o, həmişə məhsulun topdan satışına üstünlük verir. Tədarükçünün müvafiq saxlanma şəraitinin olması bu baxımdan vacibdir”.
Şəbəkə marketlərinin kənd bazarına nüfuz etməsinin kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının satış sisteminə mənfi təsirinə aid fikirləri də unutmuruq. Çünki şəbəkələşmə deyəndə, ilk növbədə inhisar və monopoloya yada düşür. Azad bazar rəqabətinə tamamilə zidd olan monopoliya siyasəti isə şəbəkə marketlərinə aid edilmir. Ekspert bildirir ki, şəbəkə marketlər şəbəkəsinin ən yaxşı nümunəsini ölkəmizdə “Veysəloğlu” Şirkətlər Qrupu yaradıb: “Bu şirkətə daxil olan şəbəkə marketlərində kiçik və orta sahibkarların, fermer təsərrüfat sahiblərinin məhsullarının təqdimatı əslində reklamın bir növü sayılır. Bunu monopoliya yox, birgə əməkdaşlıq və dəstək kimi qəbul etmək lazımdı”.
“İmportnı mal” axtaranlar neyləsin?
Azərbaycanda ərzaq idxalı baxımından ən uğurlu təcrübə “Veysəloğlu” Şirkətlər Qrupuna aiddir. Onların nümunəsində biz dünyaca məşhur marketlərin təmsilçiliyinin yaradılmasının şahidiyik. Məsələn, “Spar” Avropada məşhur market şəbəkəsidi. Onun adının ölkəyə gətirilməsi uğurlu beynəlxalq əməkdaşlıq təcrübəsi sayıla bilər.
İdxalat prosesinə şirkətlər daha böyük məsuliyyətlə girir. Çünki məhsulun daşınması və saxlanması ilə yanaşı, eyni zamanda, onun istehsalat prosesinin də təhlükəsiz olduğuna əmin olmaq lazımdı. Mənşəyi bilinməyən və istehsalat prosesi şübhəli olan ərzağın məsuliyyətini idxalçı daşıyır. Məsələn, elə mənim marketdən aldığım su Rusiya istehsalıdısa və onun qida təhlükəsi varsa, market mənə “biz neyləyək, onlar hazırlayıb, bizim işimiz satmaqdı”, - deyə bilməz. Ərzağı mənə kim satırsa, kim təqdim edirsə, məsuliyyət də onundur. Düzdür, şirkət qapalı qablaşdırılan məhsulu görə bilməz, amma onun mənşəyindən də istehsal prosesinin təhlükəsizliyindən əmin olmalıdı. Bəs, müxtəlif beynəlxalq standartlar nə üçündür?
“Bravo” Marketlər Şəbəkəsinin 20 Yanvar dairəsindəki böyük filialında idxal edilən yağın formasının deformasiya olmasının səbəbini soruşanda xanım mənə maraqlı cavab vermişdi: “Yolda (!?) əriyib, amma tez soyuducuya qoymuşuq”. Mən uzaq ölkələrdən gələrkən yolda əriyən və sonra bərkiyən yağın dadından necə məmnun qala bilərəm? Onun təhlükəsizliyindən heç danışmıram.
Pişiklərə böyük məhəbbətlə
Ucuz marketdəki ətin şorbası olar?
Nəyi təklif edərdim?
Zülfiyyə Mustafayeva,
Araşdırma Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.
MİA.AZ