AZ

Türkiyə şirkəti Azərbaycana müdafiə sənayesi məhsulları tədarük etməkdə maraqlıdır

"TR Mekatronik" şirkəti Azərbaycana müdafiə sənayesi ilə bağlı məhsulları tədarük etməkdə maraqlıdır.

Bunu "Report" açıqlamasında müdafiə sənayesi ilə bağlı məhsullar istehsal edən Türkiyənin "TR Mekatronik" şirkətinin nümayəndəsi Məsut Çilli bildirib.

"Biz Türkiyə istehsalı olan "Atak" helikopterlərində istifadə olunan "SAR 762" adlı silah istehsal edirik. Bu, 100 % yerli və milli imkanlarla, türk insanının, mühəndisinin, işçisinin əməyi ilə ortaya çıxan silahdır. Bu silah 3 lülədən ibarətdir və fırlanaraq işləyir. Bu lülələrdən 1 dəqiqədə 750 mərmi çıxır. Yəni bu,1 saniyədə 12,5 mərmi ata bilmə qabiliyyətinə malik silahımızdır", - o vurğulayıb.

Onun sözlərinə görə, şirkət artıq "Atak" helikopterlərini bu silahla təchiz etməyə başlayıb: "Eyni zamanda bu silahı Türkiyənin dostu olan Afrikadakı bir ölkəyə "Atak" helikopteri ilə birlikdə ixrac etmişik. Könül istərdi ki, ən qısa zamanda qardaşımız olan Azərbaycana da bizim helikopterlərimiz, silahlarımız tədarük olunsun".

M.Çilli vurğulayıb ki, şirkət tərəfindən "Atak" helikopterləri üçün istehsal edilən silahdan hava hücumundan müdafiə sistemlərində də istifadə oluna bilər.

Seçilən
0
1
report.az

10Mənbələr