AZ

Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıla bilər

Ermənistanda məcburi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılmasını təklif edirlər.

Modern.az-ın məlumatına görə, “Joğovurd” qəzeti xəbər verir ki, müvafiq qanunvericilik təşəbbüsünü hakim “Mülki müqavilə” partiyasından olan deputat Hayk Sarkisyan irəli sürüb.

Təklifdə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər, həmçinin “Dövlət rüsumu haqqında” qanuna və Ermənistanın Cinayət Məcəlləsinə əlavələr daxildir.

Xidmətdə olmanın yaş həddinin artırılması ilə yanaşı, 18 yaşına kimi vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) rüsum müəyyən edilməsi təklif edilir .Bu məbləğ hərbi xidmətdən yayınan 27 yaşından yuxarı vətəndaşlara cinayət məsuliyyətindən yayınmağa imkan verəcək.

Təşəbbüsün məqsədi çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından çıxma hallarının qarşısını almaqdır.

Seçilən
0
2
modern.az

10Mənbələr