AZ

Sovet peyki Azərbaycana düşə bilər – 242 km/saatla zərbə, partlayış təhlükəsi

Yaxın günlərdə çəkisi təxminən yarım ton olan Sovet istehsalı planetlərarası kosmik aparat Yerə düşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, 1972-ci ildə Veneraya göndərilmiş, lakin Yer orbitində qalan “Kosmos-482” adlı endirici moduldur.

Ekspertlərin hesablamalarına görə, aparatın qalıqlarının düşə biləcəyi ərazi əsasən quru sahələrə – Misir, Suriya, Türkiyə və Azərbaycanın üzərinə düşür. Bu isə yaşayış məntəqələrinə zərər yetirmə ehtimalını artırır.

Kosmik buraxılışları izləyən “Texas Vəstniki” adlı Telegram kanalının müəllifi Georgi Trişkin BBC-yə açıqlamasında bildirib:

“Əgər aparat bütöv şəkildə Yerə çatsa və 242 km/saat sürətlə yerə dəysə, zərbə enerjisi 1.1-1.2 MJ olacaq. Bu da bir neçə yüz qram trotil partlayışına bərabər gücdədir".

Peykin düşmə vaxtı 8–14 may tarixləri arasında gözlənilir.

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr