
Ermənistanda məcburi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılmasını təklif edirlər.
Yeniavaz.com “Joxovurd” qəzetinə istinadla xəbər verir ki, müvafiq qanunvericilik təşəbbüsü ilə hakim “Mülki müqavilə” partiyasından olan deputat Hayk Sarkisyan çıxış edib.
Təklifə həmçinin “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər daxildir.
Məlumata görə, hərbi xidmət üçün yaş həddinin artırılması ilə yanaşı, 18 yaşına qədər vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) rüsum müəyyən edilməsi təklif edilir.