AZ

ABŞ Ay və Marsın tədqiqinə 7 milyard dollar xərcləyəcək

Donald Trampın administrasiyası 2026-cı maliyyə ilində (2025-ci il oktyabrın 1-dən başlayır) Amerika astronavtlarının Aya pilotlu uçuşuna hazırlaşmaq üçün 7 milyard dollar ayırmağı planlaşdırır.

Ekologiya.az xəbər verir ki, məlumat Ağ Evin dünən dərc etdiyi büdcə layihəsində əksini tapıb.

NASA-da administrator vəzifəsini icra edən Canet Petro bildirib ki, bu, Ay və Marsın insan tərəfindən tədqiqini sürətləndirəcək: "Bu kritik elm və texnologiya tədqiqatlarının davam etdirilməsinə prioritet olaraq Ay və Marsın eyni vaxtda tədqiqini davam etdirmək üçün bir sərmayədir".

Layihəyə əsasən Marsın tədqiqinə yönəlmiş proqramlara 1 milyard dollar ayrılacaq.

Qeyd edək ki, Trampın yaxın adamı olan milyarder İlon Mask Marsa ekspedisiya təşkil etmək niyyətindədir. O, insanların Marsda yaşaya biləcəyinə inanır.Musavat.com

Seçilən
0
ekologiya.az

1Mənbələr