AZ

ABŞ dövlət katibi və Almaniya diplomatları arasında sərt mübahisə- Mövzu AfD-dir

BAKI, 3 may. TELEQRAF

ABŞ Dövlət katibi ilə Almaniyanın Xarici İşlər Nazirliyinin rəsmi hesabı "X" sosial şəbəkəsində ilə mübahisə edib.

Teleqraf xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, ABŞ-nin Dövlət katibi Marko Rubio Almaniyada sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının ekstremist təşkilat kimi tanınmasını kəskin şəkildə tənqid edərək Almaniyanın “gizli tiraniya” ilə məşğul olduğunu iddia edib.

Cümə günü günorta saatlarında paylaşım edən Rubio, Almaniyanın Federal Konstitusiyanı QOruma Təşkilatının verdiyi bu qərarı sərt şəkildə qınayıb. Qərar agentliyə həmin siyasi partiyaya qarşı daha geniş izləmə tədbirləri görməyə imkan verir. ABŞ vitse-prezidenti Vens də sonradan bu tənqidə öz paylaşımı ilə dəstək verib.

“Almaniya kəşfiyyat agentliyinə müxalifəti izləmək üçün yeni səlahiyyətlər verib. Bu, demokratiya deyil, gizli tiranlıqdır", - deyə Rubio Dövlət Departamentinin rəsmi X hesabında yazıb.

“O həqiqətən ekstremist olan, son seçkilərdə ikinci yer tutmuş populyar AfD deyil, AfD-nin əleyhinə olduğu quruluşun ölümcül açıq sərhəd immiqrasiya siyasətidir,” - deyə Rubio əlavə edib.

Yeni müvəqqəti milli təhlükəsizlik müşaviri təyin olunmuş Rubio, ABŞ-ın müttəfiqi olan Almaniyanın “bu qərardan geri dönməli” olduğunu bildirib.

Almaniya Xarici İşlər Nazirliyi X platformasında birbaşa cavab verərək bu tənqidə etiraz edir: Bu qərar Konstitusiyamızı və hüququn aliliyini qorumaq üçün geniş və müstəqil araşdırmalar nəticəsində verilmiş bir qərardır. Son sözü isə Almaniyanın azad məhkəmələri deyəcək"

Seçilən
0
teleqraf.com

1Mənbələr