AZ

55 yaşlı kişi klinikada öldü

Sabirabadda klinikada ölüm baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə mayın 2-si saat 13 radələrində qeydə alınıb.

Şəhər ərazisində yerləşən “Omega” klinikasında Saatlı rayon sakini 1970-ci il təvəllüdlü Əhməd Azo oğlu Şəkirov vəfat edib.

55 yaşlı kişinin infarktdan öldüyü bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Seçilən
0
2
qafqazinfo.az

2Mənbələr