AZ

Şəmkirdə "Kamaz" "Toyota" ilə toqquşdu - Xəsarət alanlar var

ŞƏMKİR, 3 may. TELEQRAF

Şəmkir rayonunda minik maşınının yük avtomobili ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndi ərazisində qeydə alınıb. Zəyəm Cırdaxan kənd sakini 1990-cı il təvəllüdlü Elşad Adıgözəlov idarə etdiyi "Toyota Prado" markalı maşın 1963-cü il təvəllüdlü Valeh Məmmədovun idarəetdiyi "Kamaz" markalı avtomobillə toqquşub. Nəticədə "Toyota Prado"-nun sürücüsü və sərnişini, 1988-ci il təvəllüdlü Tahir Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
0
11
teleqraf.com

10Mənbələr