AZ

Uşaq evləri sakinləri arasında minifutbol turniri keçiriləcək

Bakı, 3 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və AFFA-nın təşkilatçılığı ilə uşaqlar arasında “Dostluq Kuboku” minifutbol turniri keçiriləcək.

Bu barədə AZƏRTAC-a Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, komandalar Sosial Xidmətlər Agentliyinin 1, 2 və 3 saylı Uşaq evi sosial xidmət müəssisələrində yaşayan 10-12 və 13-15 yaş arası oğlan və qızlardan təşkil olunub.

Mayın 4-də Bakı Tennis Akademiyasının meydançasında baş tutacaq tədbirdə hər iki yaş qrupu üzrə 3 komanda (“Şahinlər”, “Birlik” və “Zəfər”) mübarizə aparacaq.

Turnirin keçirilməsində məqsəd uşaq evlərində yaşayan uşaqların komanda ruhunun və sosial bacarıqlarının inkişaf etdirilməsi, sağlam həyat tərzinin və fiziki fəallığın təbliği, uşaqlara müsbət emosiyalar, motivasiya bəxş etməkdir.

Seçilən
0
5
azertag.az

7Mənbələr