AZ

Azərbaycanın BƏƏ ilə tərəfdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib

Bakı. Trend:

BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətininidarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi iləgörüşdə qarşılıqlı investisiyaların artırılması imkanları nəzərdənkeçirilib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumatverilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş ƏrəbƏmirliklərinin (BƏƏ) investisiya naziri, Əbu-Dabi İnkişaf HoldinqŞirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən ƏlSuveydi ilə görüşüb.

Görüşdə Azərbaycanla BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrivurğulanıb, iqtisadi-ticarət tərəfdaşlığının genişləndiyi qeydolunub. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğuinvestisiyaların əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki,ölkəmizin əlverişli biznes mühiti, strateji coğrafi mövqeyi, zənginresursları, həmçinin qeyri-neft sənayesinin sürətlə inkişafıinvestorlar üçün cəlbedici imkanlar yaradır. Bu imkanlardansəmərəli istifadə etməklə investisiya əlaqələrinin təşviqi, biznessubyektləri arasında tərəfdaşlığın genişləndirilməsi vacibəhəmiyyət kəsb edir.

Tərəflər iki ölkə arasında iqtisadi inteqrasiyanın daha dagücləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlıinvestisiyaların artırılması imkanlarını nəzərdən keçiriblər.

Seçilən
0
10
az.trend.az

10Mənbələr