BAKI, 3 may. TELEQRAF
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində paytaxtın Binəqədi və Qaradağ rayonlarında 3 avtomat silahı, 5 qumbara, 3 patron darağı və 46 ədəd patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır.