AZ

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən qadını yük maşını vurub. Nəticədə, qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Seçilən
0
14
apa.az

10Mənbələr