Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov futbol üzrə UEFA Çempionlar Liqasının cari mövsümünün qalibinin adını açıqlayıb.
Arena.az xəbər verir ki, UFC Şöhrət Zalının üzvü, həmçinin yüngül çəki dərəcəsində (70 kq-a qədər) UFC-nin çempion kəmərinin sahibi olan Nurməhəmmədovun qənaəti belədir:
“PSJ son 15 ildə Avropanın xəritəsinə fransız futbolunu qoyub. Mənim fikrimcə, bu il onlar UEFA Çempionlar Liqasını qazanmaq iqtidarındadırlar. Əgər dürüst olsaq, onda, mən onların qalib olmalarını çox qüvvətlə istəyirəm. Mən onlara bu yarışı qazanmalarını arzu edirəm”, deyə Həbib Nurməhəmmədov vurğulayıb.
Xatırladaq ki, bu mövsüm erkən surətdə Fransa çempionu olmuş PSJ UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda İngiltərənin “Arsenal” komandasına 1:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü mayın 7-də Parisdə keçiriləcək. ÇL-in digər yarımfinal görüşündə “Barselona” (İspaniya) evdə “İnter”lə (İtaliya) sülh bağlayıb – 0:0.