AZ

"Traktor"un qapıçısından qeyri-adi çempionluq açıqlaması

BAKI. 3 may. TELEQRAF

“Traktor”un futbolçusu Alireza Beyranvənd İran çempionatının qalibi olduqdan sonra maraqlı açıqlama verib.

Teleqraf-ın məlumatına görə, 33 yaşlı qapıçı çempionluğu ailəsinə həsr etdiyini bildirib.

"Anama yaxşı oğul, həyat yoldaşıma yaxşı ər olmamışam! Bu çempionluğu ailəmə həsr edirəm!”, - deyə Beyranvənd vurğulayıb.

Xatırladaq ki, “Traktor” İran Pro Liqasının XXVIII turunda səfərdə “Şəms Azar"ı 4:0 hesabı ilə darmadağın edərək tarixində ilk dəfə ölkə çempionluğunu təmin edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr