AZ

Vuçiçin səhhəti qəfil pisləşib, ABŞ-yə səfəri təxirə düşüb

Serbiya Prezidenti Aleksandar Vuçiç səhhətinin qəfil pisləşməsi ilə əlaqədar ABŞ-yə səfərini təxirə salmaq məcburiyyətində qalıb...

Oxu.Az xəbər verir ki, bu barədə Serbiyanın dövlət televiziyası RTS məlumat yayıb.

Qeyd olunur ki, özünü pis hiss edən Aleksandar Vuçiç həkimlərə müraciət edib. Müayinədən sonra ona səfəri təxirə salmaq məsləhət görülüb. Lakin prezidentin səhhəti ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Poliqon.info

Seçilən
0
3
poliqon.info

4Mənbələr