AZ

Akif Quluzadə rəqibini belə məğlub etdi – VİDEO

Azərbaycanlı kikboksçu Akif Quluzadə “ONE Championship”də növbəti döyüşünü keçirib.

Bizim.Media xəbər verir ki, təmsilçimiz təşkilatın döyüş seriyası olan “ONE Fight Nights” turnirində çıxış edib.
 

Tailandın paytaxtı Banqkokda baş tutan qarşılaşmada Quluzadə flayveyt kateqoriyasında ABŞ idmançısı Şon Klimako ilə qarşılaşıb. 19 yaşlı idmançımız bu döyüşdə qələbə qazanıb.


Qeyd edək ki, Quluzadə "OneChampionship"in həftəlik döyüş seriyası olan “ONE Friday Fights”da 4-cü qalibiyyətini rəsmiləşdirib.



Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr