Misli Premyer Liqasında 33-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 matç baş tutacaq.
“Şamaxı” öz meydanında “Səbail”lə qarşılaşacaq. “Araz-Naxçıvan” isə “Sabah”ı qəbul edəcək.
Turun açılış oyununda “Zirə” “Turan Tovuz”u 1:0 hesabıyla məğlub edib. “Qarabağ” – “Sumqayıt” və “Neftçi” – “Kəpəz” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
33-cü tur
3 may
“Şamaxı” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
Şamaxı şəhər stadionu, 17:00.
“Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı.
“Liv Bona Dea Arena”, 19:30.