AZ

Hindistan: “Pakistan Nəzarət Xəttində atəşkəsi pozub”

Hindistan, Pakistan ordusunun Cammu və Kəşmir Birlik Ərazisində Nəzarət Xətti boyunca növbəti atəşkəs rejimini pozduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

"2025-ci il mayın 2-dən 3-nə keçən gecə Pakistan ordusu Cammu və Kəşmirin Birlik ərazisindəki Kupvara, Uri və Axnoor rayonları ilə üzbəüz Nəzarət Xətti boyunca səbəbsiz kiçik silahlardan atəş açıb", - deyə məlumatda qeyd olunub.

Seçilən
0
operativmm.az

1Mənbələr