200 hərbi maşından ibarət karvan cümə günü Suriyanın Deyr əz-Zor əyalətindəki ABŞ-ın iki hərbi bazasını tərk edərək Şimali İraqa doğru istiqamət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Əl Vətən” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ-ın bir qrup hərbi qulluqçusu və texnikası Suriyanın şərqindəki Əl Ömər neft yatağı və Koniko qaz yatağı ərazisindəki Amerika bazalarından çıxarılıb.
İraqdakı Amerika bazalarına köçürülən hərbçilərin sayı hələlik məlum deyil.
Xatırladaq ki, aprelin 23-də ABŞ-ın Suriyanın Həsəkə əyalətindəki Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Əş Şəddadi bazasından qoşunların və hərbi texnikanın çıxarılmasına başlanılıb.
Qeyd edək ki, Amerikanın Suriyanın şimal-şərqindəki səkkiz əməliyyat bazasından üçü tezliklə bağlanacaq və hərbçilərin sayı 2200-dən 1400-ə enəcək.
Bizim.Media